×
A
A
A
Sazlamalar

“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib

Bakı, 8 avqust, AZƏRTAC 

“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdiriblər. Belə ki, dostluq turnirinin yekununa görə, Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.
Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Ordu 2019-08-08 21:45:00