Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yasamal rayonunda qaz xətti yenisi ilə əvəzlənib

Bakı, 8 avqust, AZƏRTAC

Paytaxtın Yasamal rayonu H.Cavid 231 ünvanında qaz xətti yenisi ilə əvəz olunub.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub. Əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 metr uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Hazırda qazılmış hissənin örtülməsi icra olunur.
Qeyd edilib ki, işlərə başlanmamışdan əvvəl ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb. Ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər.

Neft - qaz 2019-08-08 19:15:00