×
A
A
A
Sazlamalar

Azərbaycan polisi vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısıdır

Bakı, 8 avqust, AZƏRTAC 

Saatlı Rayon Polis Şöbəsində xidmətə yeni qəbul olunmuş əməkdaşlarla görüş keçirilib. Görüşdə gənc polis əməkdaşlarının valideynləri də iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev tədbirdə çıxış edərək yeni xidmətə başlayan əməkdaşlara çətin, lakin şərəfli xidmətdə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyaraq, sabitliyin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb. Polis əməkdaşları bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının xidmətləri çox mühümdür. Şöbə rəisi ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırıldığını, fəaliyyətin günün tələbləri səviyyəsində təşkil edildiyini vurğulayıb.
Gənc əməkdaşlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə istiqamətində səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildiriblər.

Sosial 2019-08-08 19:14:00