×
A
A
A
Sazlamalar

“Azərkosmos” nizamnamə kapitalını artıracaq

Bakı, 8 avqusta, AZƏRTAC

“Azərkosmos” ASC nizamnamə kapitalının artırılması məqsədilə anderraytinq xidmətləri təklif edən şirkət seçir.
AZƏRTAC “Azərkosmos” ASC-nin məlumatına istinadla xəbər verir ki, seçim kotirovka sorğusu üsulu ilə keçirilir.
Sorğuda iştirak arzusunda olan şirkətlər avqustun 14-də saat 18:00-dək xidmətlərinin dəyəri üzrə təkliflərini təqdim etməlidir. Tender proseduru avqustun 15-də baş tutacaq.
2018-ci il ərzində “Azərkosmos”un maliyyə hesabatına əsasən, 2019-cu il yanvarın əvvəlinə ASC-nin nizamnamə kapitalı 63 milyon 610,6 min manat təşkil edib.

İKT 2019-08-08 19:01:00