Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Keçmiş məhkumun avtomobilindən silah-sursat və 39 kiloqramdan çox marqanes götürülüb

Bakı, 8 avqust, AZƏRTAC 

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış “TOZ-8” markalı silah, 88 patron və 39,5 kiloqram kalium permanqanat (marqanes) aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hadisə 2019-08-08 18:24:00