Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biləsuvarda qanunsuz ov edən üç nəfər saxlanılıb

Bakı, 8 avqust, AZƏRTAC 

Masallı rayon sakinləri İ.Manafov, A.Abdullayev və V.Bayramov Biləsuvar rayonunun Muğankənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan müvafiq sənədləri olan 3 ov tüfəngi, 218 patron, 2 patrondaş, 1 bıçaq və ovlanmış 12 quş götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-08-08 18:03:00