Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yeni Zelandiyada tapılan quş qalığı 19 milyon il əvvəl yaşamış tutuquşuya aiddir

Bakı, 8 avqust, AZƏRTAC 

Yeni Zelandiyanın cənubundakı Batans bölgəsində 2008-ci ildə tapılan quş ayağının qalığının 19 milyon il əvvəl yaşamış tutuquşuya aid olduğu müəyyən edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, sümüklər üzərində aparılan araşdırmanın nəticələri “Biologiya məktubları” elmi jurnalında dərc edilib. Ağırlığı 7 kiloqramdan bir qədər çox olan tutuquşunun digər quşlardan fərqli olaraq uça bilmədiyi və ətyeyən olduğu bildirilir. Onun hündürlüyü bir metrə qədər olub. Mütəxəssislər bu quşun ən böyük canlı tutuquşu olan kakapodan iki dəfə daha ağır olduğunu bildiriblər. Avstraliya Flinders Universitetinin mütəxəssisləri növünə, ölçüsünə və gücünə görə tutuquşuya “Herakl” adını veriblər.

Ekologiya 2019-08-08 17:56:00