×
A
A
A
Sazlamalar

“O olmasın bu olsun” Gəncədə nümayiş olunacaq

Bakı, 8 avqust, AZƏRTAC

Sentyabrın 25-də Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsərini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası təqdim edəcək.
Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş ediləcək musiqili komediya dirijor Sevil Hacıyeva tərəfindən idarə olunacaq.

Teatr və kino 2019-08-08 14:14:00