Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pantomima Teatrında “Underground” yenidən nümayiş olunacaq

Bakı, 8 avqust, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yeni tamaşalardan olan “Underground” nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcəklər.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

 

Teatr və kino 2019-08-08 11:54:00