×
A
A
A
Sazlamalar

Hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib

Bakı, 7 avqust, AZƏRTAC 

Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə N hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
İştirakçılara tədbirin mahiyyəti, şəxsi heyətin asudə vaxtının səmərəli təşkili barədə məlumat verilib. Qeyd olunub ki, belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir və hərbi qulluqçulara böyük ruh yüksəkliyi aşılayır.
Mədəni-kütləvi tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda tədbirin təşkilində fəal iştirak edənlərə hərbi hissə komandiri adından fəxri fərmanlar təqdim olunub.

Ordu 2019-08-07 20:18:00