×
A
A
A
Sazlamalar

İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 7 avqust, AZƏRTAC

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Pərviz Quliyev ilə qısamüddətli görüşə gələn atası Bakı şəhər sakini Hümbət Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı oradan iki alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,903 qram olan heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Sosial 2019-08-07 18:30:00