×
A
A
A
Sazlamalar

Cocuq Mərcanlı kəndinin əhalisinə pulsuz hüquqi yardım göstərilib

Bakı, 7 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Vəkillər Kollegiyasının təşəbbüsü ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.
Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və partnyorları” bürosunun vəkili, professor Mais Əliyev tərəfindən 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri dinlənilib və müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.
Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Sosial 2019-08-07 12:36:00