×
A
A
A
Sazlamalar

Sumqayıtda klinika direktoruna bıçaqla xəsarət yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 5-də Sumqayıt şəhərindəki “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyevin bıçaq yarası xəsarətləri ilə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin və Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla hadisənin həmin klinikanın içərisində həkim Pərviz İbrahimov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Sosial 2019-08-06 17:53:00