Azərbaycanın 56 avtovağzal və avtostansiyasında gücləndirilmiş iş rejimi elan edilib
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın 56 avtovağzal və avtostansiya kompleksində avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi elan edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağı ehtimal edilərək biletlərin əvvəlcədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə edilməsi tövsiyə olunur. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi proqnozlaşdırılır. Sərnişinlərdən xahiş edilir ki, hər hansı süni qiymət artımı ilə qarşılaşdıqları təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat versinlər.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb