×
A
A
A
Sazlamalar

Moskva vilayətində Qurban bayramı ərəfəsində 50 ibadət yeri açılacaq

Bakı, 6 avqust, AZƏRTAC 

Moskva vilayətində Qurban bayramı ərəfəsində - avqustun 11-də 50 ibadət yeri açılacaq. AZƏRTAC xəbər verir ki, bu məlumatı TASS informasiya agentliyinə Moskva vilayəti hökumətinin Sosial Kommunikasiyalar naziri İrina Pleşeva verib.
Nazir əlavə edib ki, ibadət üçün nəzərdə tutulan meydançalar vilayətin 36 bələdiyyəsinin ərazisində yerləşəcək. Onun sözlərinə görə, ötən il Moskva vilayətinin 34 bələdiyyəsi üzrə 39 bayram ibadət meydançası açılmışdı.
Moskva vilayəti və Rusiyanın digər böyük şəhərlərində də Qurban bayramında ibadət üçün məkanlar və qurbanların kəsilməsi üçün xüsusi yerlər ayrılacaq.

Din 2019-08-06 15:16:00