“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız sınaq atışlarını yerinə yetiriblər
Bakı, 5 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olublar.
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO