×
A
A
A
Sazlamalar

Region gənclərinin təhsil və karyera imkanlarının artırılmasına dair layihənin icrası başa çatdırılıb

Bakı, 5 avqust, AZƏRTAC

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Region gənclərinin təhsil və karyera imkanlarının artırılması” layihəsinin icrası başa çatdırılıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində təhsil alan və müsabiqə əsasında seçilmiş 40 tələbə Lənkəran rayonunda ikigünlük təlimlərə cəlb edilib. Gənclər layihə çərçivəsində Lənkəran və Astara rayonlarının görməli yerləri ilə də tanış olublar.
Layihənin məqsədi region gənclərinin təhsil və karyera imkanları haqqında məlumatlılıq səviyyəsini artırmaqla onları elmi fəaliyyətə təşviq etməkdir.

Sosial 2019-08-05 19:23:00