×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxtda müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına diqqətli və ehtiyyatlı olmalarını tövsiyə edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasın, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.
Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə diqqət yetirsinlər.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Nəqliyyat 2019-08-05 11:42:00