Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda ayaqqabı istehsalı artıb

Bakı, 3 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında Bakının toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 80,9 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əvvəlki ilin yanvar- iyun ayları ilə müqayisədə dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 2 faiz artım, toxuculuq sənayesində 15 faiz, geyim istehsalında isə 26,9 faiz azalma müşahidə edilib.

 

Sənaye 2019-08-03 12:29:00