×
A
A
A
Sazlamalar

“YARAT”da böyüklər üçün ustad dərsləri keçiriləcək

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biləcəklər.
Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq.

İncəsənət 2019-08-02 21:28:00