×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondunun ABŞ dolları portfelinin 10,3 faizi qızıl investisiyalarıdır

Bakı, 2 avqust, AZƏRTAC
Cari il iyunun 30-na ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 54,6 faizini, avro 34,1 faizini, funt sterlinq 4,6 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,7 faizini, Rusiya rublu 0,7 faizini, Koreya vonu 0,4 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,5 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabata görə, ABŞ dolları portfelinin 4 milyard 356,4 milyon dollarlıq hissəsini (10,3 faiz) qızıl investisiyaları təşkil edir.
Həmçinin ARDNF-in investisiya portfelinin 0 faizi (yəni 300 min dollar) - təqribən 510 min manatı Azərbaycan manatıdır.

Neft - qaz 2019-08-02 11:30:00