×
A
A
A
Sazlamalar

BP “D230” bloku üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına gələn il başlayacaq

Bakı, 1 avqust, AZƏRTAC

BP “D230” bloku üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlayacaq.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin ilin sonlarında başlanması planlaşdırılır.
“D230” bloku üzrə cari ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.

Neft - qaz 2019-08-01 16:06:00