×
A
A
A
Sazlamalar

“Şahdəniz Alfa” platformasından cari ildə quyu qazılmayıb

Bakı, 1 avqust, AZƏRTAC 

“Şahdəniz-2” yatağındakı “Şahdəniz Alfa” platformasından bu il quyu qazılmayıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, cari ilin birinci yarısında “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu şərq cinahda 1 sualtı quyu, qərb cinahda isə 2 sualtı quyu tamamlayıb və hazırda şərq cinahın şimal hissəsində eyni əməliyyatları həyata keçirir. “Maersk Explorer” qurğusu şimal cinahında 1 quyunu tam dərinliyədək, digər bir quyu lüləsinin isə üst intervalını qazıb və sonra 2 quyunun üst intervalını qazmaq üçün qərb cinahına keçib.
Bu 2 qurğu “Şahdəniz-2” üzrə hasilat və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu və qərb cinahın cənub hissəsində 2 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək

Neft - qaz 2019-08-01 15:57:00