×
A
A
A
Sazlamalar

Robot məktəblilər üçün açıq dərs keçib

Bakı, 31 iyul, AZƏRTAC
Rusiyanın “MTS” telekommunikasiya şirkətinin Brest bölgəsində təşkil edilmiş informasiya texnologiyaları düşərgəsində robot məktəblilər üçün açıq dərs keçib. Məşğələ “Kolos” uşaq reabilitasiya-sağlamlaşdırma mərkəzində təşkil olunub.
AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, kiber-pedaqoq uşaqlara gələcəkdə tələb olunacaq peşələr və robot texnikasının əsas prinsiplərindən danışıb. O, süni intellektə malik qurğuların hansı elementlərdən ibarət olduğunu və evdə sərbəst şəkildə robot yaratmaq üsullarını izah edib.
Düşərgə Brest bölgəsinin bütün rayonlarından təxminən 100 uşağı bir araya gətirib. Burada uşaqlara proqramlaşdırma və 3D-modelləşdirmənin əsaslarını öyrənmək imkanı yaradılıb.
İnformasiya texnologiyaları düşərgəsi “MTS” şirkəti ilə Təhsil Nazirliyinin birgə layihəsidir. Əsas məqsəd uşaqlara müasir texnologiyalardan təhlükəsiz istifadə etməyi, şəbəkədə necə davranmalı olduqlarını öyrətməkdir.

Texnologiya 2019-07-31 16:32:00