×
A
A
A
Sazlamalar

“Qardaşlar” İslandiyada “Ən yaxşı film” mükafatını alıb

Bakı, 30 iyul, AZƏRTAC

Türkiyəli rejissor Ömür Atayın ekranlaşdırdığı “Qardaşlar” filmi İslandiyada “Ən yaxşı film” elan olunub.
AZƏRTAC xəbər verir ki, bir çox festivalda uğurla nümayiş edilən ekran əsərində baş rolları məşhur aktyorlar İgid Ege Yazar, Caner Şahin və Gözdə Mutluer ifa edir.
Ekran əsərinin dünya premyerası ilk dəfə 53-cü “Karlovy Vary” Beynəlxalq Film Festivalının müsabiqə bölməsində təqdim edilmişdi. Filmin Türkiyədə ilk nümayişi isə 25-ci Beynəlxalq Adana Film Festivalında həyata keçirilib.
Qeyd edək ki, “Qardaşlar” Türkiyə, Almaniya və Bolqarıstanın birgə istehsalıdır.

 

Teatr və kino 2019-07-30 11:48:00