×
A
A
A
Sazlamalar

NASA-nın “Valkiriya” robotu Ayda və Marsda baza qurmağa kömək edəcək

Bakı, 29 iyul, AZƏRTAC

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) “Valkiriya” adlı robotu astronavtlara Ayda və Marsda baza qurmağa kömək edəcək. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, ilkin variantda düşmənlərə qarşı döyüşən qəhrəman kimi hazırlanmış bu yarım-avtonom robot NASA mütəxəssisləri tərəfindən təkmilləşdirilib. O, indi insanın gördüyü işləri yerinə yetirir, çətin maneələri təhlükəsiz dəf edə bilir və kənardan komanda verən operatorun nəzarəti altında verilən tapşırıqları yerinə yetirir. NASA ümidvardır ki, “Valkiriya” robotundan Ay və Marsın səthində bazalar yaradılmasında istifadə etmək mümkün olacaq. Bundan başqa, onun “xidmətlərindən” Yerdə də - insanlar üçün əlçatmaz olan məkanlarda faydalanmaq mümkündür.
“Valkiriya” dünyanın ən mükəmməl insanabənzər robotu hesab olunur. O, 2015-ci ildə NASA-nın özəl şirkəti tərəfindən layihələşdirilib və 2016-cı ilin yazında Edinburq Universitetində hazırlanıb. Robotun çəkisi 125 kiloqram, “boyu” isə 1,80 metrdir.

Texnologiya 2019-07-29 18:09:00