Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Pantomima Teatrı yeni mövsümü “Kişilər və qadınlar”la açacaq

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümünü sentyabrın 14-də açıq elan edəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağı bu dəfə mövsümə “Kişilər və qadınlar”la başlayacaq.
Bundan başqa, teatrın səhnəsində sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşası nümayiş ediləcək.

Teatr və kino 2019-07-29 13:12:00