×
A
A
A
Sazlamalar

Fransa Azərbaycandakı istifadəyə yararsız neft-qaz yataqlarının reabilitasiyasına dair layihə hazırlayıb

Bakı, 29 iyul, Elvin Camalov, AZƏRTAC
Fransa tərəfindən Azərbaycandakı istifadəyə yararsız neft və qaz yataqlarının reabilitasiyası ilə bağlı layihə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər.

Neft - qaz 2019-07-29 12:42:00