×
A
A
A
Sazlamalar

“Azərbaycan Dəmir Yolları” QSC Fransanın “Alstom” şirkəti ilə müqavilə imzalayıb

Bakı, 29 iyul, Elvin Camalov, AZƏRTAC
İyulun 29-da Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsi üzrə müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.

Nəqliyyat 2019-07-29 11:56:00