×
A
A
A
Sazlamalar

Bu yolda rənglənmə işləri aparılacaq

Bakı, 29 iyul, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün saat 22:00-dan iyulun 30-u səhər saatlarınadək Bakının Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, buna görə də sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Nəqliyyat 2019-07-29 11:41:00