İnnovasiyalar Agentliyində “Keren Hayessod United Israel Appeal” fondunun təqdimatı keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
İnnovasiyalar Agentliyində İsrailin tanınmış “Keren Hayessod United Israel Appeal” vəsaitlərin cəlb edilməsi fondunun nümayəndələri ilə görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti və gələcək planları barədə məlumat verib. Azərbaycanda mövcud innovasiya ekosistemi, iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra “Keren Hayessod United Israel Appeal” tərəfindən fərqli səmtlərə aid təqdimatlar keçirilib.
Görüşün sonunda iki ölkə arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən Azərbaycandakı investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olublar.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb