×
A
A
A
Sazlamalar

Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə bileti olanların nəzərinə

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) iyulun 27-də keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasiminə bileti olan tamaşaçılara müraciət edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq, festivalın bağlanış mərasiminə bilet alan tamaşaçıların daşınması 2 ekspress marşrut xətti (“X1” və “X2”) vasitəsilə həyata keçiriləcək.
“X1” xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsindən, “X2” xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspress xətt üzrə daşımalara saat 17:30-dan başlanacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.
Bağlanış mərasimi yekunlaşdıqdan sonra “Baku Crystal Hall”dan əks istiqamətdə daşınma təşkil ediləcək. İctimai nəqliyyat 01:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat 2019-07-27 11:23:00