×
A
A
A
Sazlamalar

“Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya I və II Düzəlişlərin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”ya 2001-ci il 27 fevral tarixli I Düzəliş və 2004-cü il 4 iyun tarixli II Düzəliş təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 iyul 2019-cu il.

Qanunlar 2019-07-25 18:03:00