×
A
A
A
Sazlamalar

Bu yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakı, 25 iyul, AZƏRTAC

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bir qədər əvvəl Ziya Bünyadov prospekti “20 Yanvar” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Buna görə də, hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

 

Nəqliyyat 2019-07-25 17:03:00