×
A
A
A
Sazlamalar

Altı ayda ölkədə istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb

Bakı, 25 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarısında 20 min 376 elektron imza sertifikatı istifadəyə verib. Bu sertifikatlardan 13 min 484-ü dövlət qurumlarının, 4 min 458-i hüquqi və fiziki şəxslərin, 2 min 402-si vətəndaşların, 32-si isə qeyri-rezidentlərin payına düşüb.
MHM-dən AZƏRTAC-a bildirilib ki, son bir ayda 2 min 850 e-imza sertifikatları istifadəyə verilib. Belə ki, iyunda dövlət qurumlarına 1742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib. MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən cari ilin iyulun 1-dək ümumilikdə 187 min 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 min 802-si dövlət qurumlarına, 46 min 34-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 min 478-i vətəndaşlara təqdim edilib.
Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 milyon 992 min 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 milyon 645 min 574, vətəndaşlar tərəfindən 37 min 340 olmaqla, ümumilikdə 10 milyon 675 min 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə cari ilin ikinci rübündə aparılan əməliyyatların ümumi sayı 3 milyon 973 min 472 olub. Onlardan dövlət qurumlarının payına 3 milyon 507 min 322, hüquqi və fiziki şəxslərin payına 453 min 930, vətəndaşların payına isə 12 min 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

İKT 2019-07-25 15:10:00