×
A
A
A
Sazlamalar

“Azəriqaz” Sabunçu texniki istismar xidmətinin fəaliyyətini gücləndirib

Bakı, 25 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) Sabunçu texniki istismar xidmətində bu gündən etibarən fəaliyyətini gücləndirib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, kütləvi sayğac dəyişikliyindən sonra yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonent tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunmasına dair müraciətlər xeyli artıb. Ona görə də, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yeni fəaliyyət istiqaməti seçilib və gücləndirilmiş iş rejimi tətbiq olunub.
Müraciətlərin artımını nəzərə alaraq, 4 və 5 saylı “ASAN xidmət” mərkəzlərində abonentlərə xidmət göstərən İB-nin mütəxəssisləri Sabunçu xidmət sahəsinə cəlb olunublar. Onlar 3 saylı “ASAN Kommunal” mərkəzi istifadəyə verilənədək iyulun 25-dən etibarən Sabunçu xidmət sahəsində işə başlamaqla yuxarıda qeyd olunan çoxsaylı müraciətlərə dair əməliyyatları icra edəcəklər.

Neft - qaz 2019-07-25 11:24:00