×
A
A
A
Sazlamalar

Azərbaycanın 3 layihəsi “Startap Chile” akselerasiya proqramında iştirak edir

Bakı, 24 iyul, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan 3 layihə Çilinin “Startap Chile” akselerasiya proqramında iştirak edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu barədə iyulun 24-də İnnovasiyalar Agentliyində Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Qabriel Xaranın Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli ilə görüşündə məlumat verilib.
Q.Xara agentlikdə yaradılmış şəraitlə, burada fəaliyyət göstərən laboratoriya və Biznes İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub. T.Kərimli agentliyin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və tədbirləri barədə səfirliyin nümayəndəsinə geniş məlumat verib.
O, ölkədə mövcud olan innovasiya ekosistemi barədə danışıb, iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq imkanları ətraflı müzakirə olunub. Qeyd edilib ki, İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan 3 layihə hazırda Çilidə fəaliyyət göstərən “Startap Chile” akselerasiya proqramında iştirak edir.
Q.Xara bildirib ki, gələcəkdə daha çox startapların bu proqramda iştirak etməsi üçün Çili səfirliyi tərəfindən dəstək göstəriləcək.

İKT 2019-07-24 18:58:00