×
A
A
A
Sazlamalar

“Azəriqaz” daha bir xidmət istifadəyə verir

Bakı, 24 iyul, AZƏRTAC
Kütləvi sayğac dəyişikliyindən sonra ən çox ünvanlanan - yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması kimi müraciətlərə abonentlər iyulun 25-dən daha bir xidmət sayəsində cavab tapa biləcək. İyulun 25-dən başlamaqla Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yuxarıda qeyd edilən məsələlərlə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-07-24 17:20:00