×
A
A
A
Sazlamalar

“Azərpoçt” “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına başlayıb

Bakı, 24 iyul, AZƏRTAC

“Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına başlayıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PIN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir.
Kartı əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədlə “Azərpoçt” MMC-nin Müştəri xidmətləri şöbəsinə müraciət etmək tələb olunur.
Növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.

İKT 2019-07-24 17:37:00