×
A
A
A
Sazlamalar

AZAL Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edib

Bakı, 24 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlinə dəyişiklik edib.
AZƏRTAC AZAL-a istinadla xəbər verir ki, Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar Bakı-Tbilisi-Bakı reyslərinin cədvəlində dəyişiklik olunub. Avqustun 4-də uçuşlar aşağıda göstərilən qrafikə uyğun olaraq həyata keçiriləcək.
J2-223 Bakı-Tbilisi – (yerli vaxtla) Uçuş: 11:10, Enmə: 12:20
J2-224 Tbilisi-Bakı – (yerli vaxtla) Uçuş: 13:00, Enmə: 14:10

Nəqliyyat 2019-07-24 17:27:00