×
A
A
A
Sazlamalar

“Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və 29 mart tarixli 1550-VQD və 1552-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 2.0.18-1-ci maddə əlavə edilsin:
“2.0.18-1. təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi;”;

1.2. 22.0.5.1-ci maddəyə “məktəbəqədər” sözündən əvvəl “dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. 22.0.5.2-ci maddəyə “ümumi” sözündən əvvəl “dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-1.1. məktəbəqədər təhsil müəssisələri

2000 manat

32-1.2. ümumi təhsil müəssisələri

5000 manat

32-1.3. məktəbdənkənar təhsil müəssisələri

5000 manat

32-1.4. peşə təhsili müəssisələri

10000 manat

32-1.5. orta ixtisas təhsili müəssisələri

12000 manat

32-1.6. ali təhsil müəssisələri

20000 manat

32-1.7. əlavə təhsil müəssisələri

12000 manat

32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr

12000 manat

Maddə 2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409; № 11, maddə 2208; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.0.38-ci maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 14.17-1-ci maddə əlavə edilsin:
“14.17-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.”;

2.3. 16.1-ci maddə üzrə:
2.3.1. birinci cümlədə “müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;
2.3.2. ikinci cümlədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.4. 16.5-ci maddədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.5. 22.8-ci maddədən “və elmi-pedaqoji” sözləri çıxarılsın;

2.6. 24.4-cü maddədə “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.7. 26.1-ci maddədə “26.5-ci maddəsində” sözləri “26.5-ci və 26.5-3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.8. 26.1-1-ci maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

2.9. 29.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.0.11. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”, “Tələbə-məzun” və “Şagird-məzun“ dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək;”;
2.10. 29.0.12-ci maddədən “və proqramlarını (kurrikulumlarını)” sözləri çıxarılsın;

2.11. 30.2-ci maddəsinin birinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.12. 31.0.1-ci maddəyə “doktorantlar,” sözündən sonra “adyunktlar” sözü əlavə edilsin;
2.13. 32.3.15-ci maddəyə “ümumi təhsil” sözlərindən sonra “peşə təhsili” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

Qanunlar 2019-07-24 17:22:00