×
A
A
A
Sazlamalar

Birləşmiş Ştatların neft ehtiyatları kəskin azalıb

Bakı, 24 iyul, AZƏRTAC

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,96 milyon barrel azalaraq 449,04 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 1,4 milyon barrel geriləmişdi.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

 

Dünya 2019-07-24 10:51:00