×
A
A
A
Sazlamalar

İki sənaye müəssisəsinin təbii qaz təchizatı məhdudlaşdırılıb

Bakı, 24 iyul, AZƏRTAC

İki sənaye müəssisəsinin təbii qaz təchizatı məhdudlaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a verilən məlumata görə, bu gün saat 10:00-dan 15:00-dək Hacıqabul rayonunda 11, Sabirabad rayonunda isə 13 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bu müddət ərzində “Qarasu” qaz paylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi işləri aparılacaq. Yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar saat 10:00-dan Ucar rayonunda 6 kənd, Zərdab rayonunda bir qəsəbə və 16 kənd, o cümlədən Ucar pambıq emalı zavodu və Zərdab asfalt beton zavodlarının qaz təchizatı da dayandırılıb.

Regionlar 2019-07-24 10:46:00