×
A
A
A
Sazlamalar

XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir

Bakı, 24 iyul, AZƏRTAC
Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.
İdman gimnastikası yarışlarının ikinci günündə qadın atletlər təsnifat yarışlarında güclərini sınayırlar. Ölkəmizi Milana Minakovskaya təmsil edir.
Ötən gün kişi gimnastların təsnifat yarışlarında uğurla çıxış edən Azərbaycan atleti Səməd Məmmədli üç hərəkət üzrə finala yüksəlib. Belə ki, gimnastımız sərbəst hərəkətlər, dəstəli at və çöxnövçülükdə medallar uğrunda yarışacaq.
İdman gimnastikası üzrə final yarışları iyulun 25-27-də keçiriləcək.

İdman 2019-07-24 10:36:00