×
A
A
A
Sazlamalar

“EYOF Bakı 2019”: Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb

Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer almağı bacarıb.
Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının yarımfinal mərhələsi axşam sessiyasında keçiriləcək.

İdman 2019-07-24 10:12:00