×
A
A
A
Sazlamalar

Latviyanın ictimai televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

Riqa, 24 iyul, AZƏRTAC

Latviyanın ictimai televiziyasında yayımlanan “Dünyanın 700 möcüzəsi” adlı verilişin bu dəfəki mövzusu Azərbaycan olub.
AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın xalq sənəti olan meyxananın incəlikləri, habelə məşhur qəzəlxan Əliağa Vahid barədə məlumat verilib.
Bildirilib ki, meyxananı ilk dəfə yazılı ədəbiyyata Əliağa Vahid gətirib. Vahid meyxana janrında öz qələmindən məharətlə istifadə edərək təsirli şəkildə məşhur ictimai-siyasi və tənqidi məzmunlu meyxanaları ilə çıxış edib, geniş rəğbət qazanıb.
Daha sonra ölkəmizdə daş üzərində oyma sənəti haqqında da süjet təqdim olunub.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Mədəniyyət 2019-07-24 01:44:00