×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104007742 ISIN-li, 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 92.2054 AZN (8.5000 faiz) və 94.5300 AZN (5.8184 faiz) olan 28 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94.2804 (6.1000 faiz), orta ölçülmüş qiyməti 94.3461 (6.0257 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 milyon 820 min 900 AZN, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib. İstiqrazlar 2020-ci il iyulun 21-də ödəniləcək.

Maliyyə 2019-07-23 17:20:00