×
A
A
A
Sazlamalar

Tələbələrə antinarkomaniya mövzusunda mühazirə oxunacaq

Bakı, 23 iyul, AZƏRTAC
Ali, orta ixtisas və peşə təhsili müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcək.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, Təhsil, Səhiyyə və Daxili İşlər nazirlikləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə mütəmadi olaraq ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməsini və tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsini təmin etməlidir.

Elm və təhsil 2019-07-23 15:01:00