×
A
A
A
Sazlamalar

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Bakı, 23 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğalılar laboratoriyasının əməkdaşları - laboratoriya müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva, kiçik elmi işçi Gülnar Quliyeva və böyük laborant Leyla Həsənova Şabran, Xaçmaz və Qusar rayonlarında ekspedisiyada olublar.
Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın təşkil edilməsində məqsəd Şabran, Xaçmaz və Qusar rayonlarında gəmirici faunasının öyrənilməsi olub. Ekspedisiya zamanı diritutan tələlər vasitəsilə plan işi üzrə materiallar toplanıb, tədqiqatlar aparılıb.

Elm və təhsil 2019-07-23 12:49:00