Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

 Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş etdi.

 

Rəsmi xronika 2019-07-23 11:46:00

Video